Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan dilinin dövlət dili kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub

0

  •       Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, musiqimiz və digər milli-mənəvi dəyərlərimiz olubdur. Bütün bunların əsasında, əlbəttə ki, Azərbaycan dili dayanır. Azərbaycan dili qədim və zəngin bir dildir. Bu dil bizim üçün müqəddəsdir. Bu dil bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır. Bu o dildir ki, analarımız bizə beşik başında laylanı bu dildə demişlər. Uzun illər müxtəlif dövrlərdə doğma dilimizə fərqli münasibətlər olsa da, dilimizi, dilimizin saflığını qoruya bilmişik. Xüsusilə, sovetlər dönəmində Azərbaycan dilinin sıxışdırıldığı bir dövrdə ana dilimizin qorunması cəsarət və qətiyyət tələb edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbyacan dilinin ümumxalq dilinə, dövlət dilinə çevrilməsi mümkün oldu. Ümummilli lider Heydər Əliyevin geniş miqyaslı fəaliyyətində dil siyasəti dəmühüm yer tutur. Azərbaycan dilinin dövlət dili kimi formalaşmasında onun misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixə, zəngin mədəniyyətə malik olan bir xalqın milli sərvəti kimi yanaşırdı. 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, gündəlik həyatda, məişətdə, cəmiyyətdə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndərin ana dilimizin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olmuşdur. 1970-ci ildə BDU-nun 50 illik yubleyində respublika rəhbərinin Azərbaycan dilində çıxış etməsi o dövr üçün cəsarət tələb edən fövqəladə hadisə idi. Bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynadı. Ümummilli lider Heydər Əliyev 1978-ci ildə tarixi bir uğura imza atdı. Həmin ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında ilk dəfə olaraq rus dili ilə yanaşı, Azərbaycan dilinin rəsmi dil statusuna malik olması tarixi bir hadisə idi. Bundan sonra dilimizin inkisafında mühüm addımlar irəli atıldı. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri idi. Sonralar qəbul olunmuş qanunlar Azərbaycan dilinin təkmilləşdirilməsi və qorunması yolunda əhəmiyyətli rol oynamışdır. Azərbaycan dili xalqımızın milli sərvətidir və xalqımız bu sərvətin qayğısına qalmalı, onu qorumalıvə gələcək nəsillərə ötürməlidir. Ümummilli lider Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.Zülfü Quliyev,Xocalı rayon Yaloba kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib46 dəfə
    Azərbaycan dilinin dövlət dili kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub

    Maraqlı gələ bilər
    52
    162